40 000+
Əhali
1933
Əsas il
16 km
Bakıya məsafə
18
Vulkan püskürməsi
Ümumi məlumat
Lökbatan, Bakı şəhərinin Qaradağ rayonunun mərkəzi olan şəhər tipli qəsəbədir. Abşeron yarımadasının cənub-qərbində yerləşən bu qəsəbə, paytaxta 16 km məsafədə, bir neçə əsas magistral yolun kəsişmə nöqtəsindədir.
Tarix
1931–1934
45 saylı neft quyusunun kəşfi
Qəsəbənin tarixi bu kəşf ilə başlayır
18 may 1933
Quyunun fontanı vurdu
Qəsəbənin əsası qoyuldu. İlk sakinlər Seymur Orucov küçəsində qamış evlərdə məskunlaşdı
1935
Rəsmi inzibati ərazi
Lökbatan rəsmi inzibati ərazi vahidliyi kimi təşkil olundu
Bu gün
Aktiv inkişaf mərhələsi
Yeni ticarət mərkəzləri, yaşayış kompleksləri, Heydər Əliyev parkı
İnfrastruktur
5
Orta məktəb
2
Lisey
1
Musiqi məktəbi
2
Xəstəxana
7
Uşaq bağçası
2
Məscid
Bu gün
Son illərdə Lökbatan aktiv inkişaf mərhələsindədir. Sədərək, Binə və Karvan ticarət mərkəzləri, yeni yaşayış kompleksləri, Heydər Əliyev parkı qəsəbənin simasını dəyişib. Lökbatan bu gün Bakı ətrafında yaşamaq istəyənlər üçün ən perspektivli məntəqələrdən birinə çevrilib.
Qəsəbədəki bütün obyektlər və müəssisələr kataloqda toplanıb.
Bakı ətrafında ən perspektivli məntəqə