Mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 233 saylı orta məktəbdə dəhşətli hadisə baş verib.
Tənəffüs zamanı 5 "q" sinfinin şagirdi İxtiyar Namazov (ad-soyad şərtidir) məktəbin dəhlizində həmsiniflisinə bıçaqla hücum edib. Qardaşını qorumaq üçün araya girən bacısı Y.Əliyeva isə bıçaqdan əl xəsarəti alıb.
Hadisə ilə bağlı həm Bakı Şəhəri üzrə Təhsil İdarəsi, həm də polis araşdırma başladıb. Təhsil İdarəsi bildirib ki, məktəblərdə belə halların baş verməsi qətiyyən yolverilməzdir və daxili intizam qaydalarına riayət olunması daim nəzarət altındadır.
DİN-in mətbuat xidməti də ərazi polis orqanında araşdırmanın aparıldığını təsdiqləyib.
233 saylı məktəbində şagird yoldaşını bıçaqladı
11.05.2026
178