Aprelin 25-dən Lökbatan qəsəbəsini Xırdalan şəhəri ilə birləşdirən 140A nömrəli marşrut nağdsız ödəniş sisteminə keçəcək. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib.
Marşrut üzrə CNG texnologiyalı 12 ekoloji avtobus fəaliyyət göstərir. Avtobuslar arası interval 10 dəqiqə, gediş haqqı isə 0,7 manat təşkil edir.
Lökbatanda 140A marşrutu nağdsız ödənişə keçir
09.05.2026
61