Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərindən birində dava-dalaş zamanı bıçaqlama hadisəsi qeydə alınıb. Bakı sakini, 1979-cu il təvəllüdlü Vüqar Xudaverdiyev, eyni ildə anadan olmuş sahibkar Faiq Abbasovu qarın nahiyəsindən bıçaqlayıb.
Yaralanan Faiq Abbasov bir neçə geyim mağazasının sahibidir. Hadisə ilə bağlı Vüqar Xudaverdiyev polis tərəfindən saxlanılıb, araşdırma aparılır.
Lökbatanda bıçaqlama hadisəsi baş verib
13.06.2026
7