Lökbatanda taksi avtobusla toqquşdu

23.06.2026 8
Şəkil: Lökbatanda taksi avtobusla toqquşdu
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində taksi ilə sərnişin avtobusu arasında yol-nəqliyyat hadisəsi baş verib. Hadisə dəmiryol keçidinin yaxınlığında qeydə alınıb.

İlkin məlumatlara görə, BYD markalı minik avtomobili ilə İSUZU markalı, 206 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus toqquşub. Qəza nəticəsində üç nəfər xəsarət alıb - taksi sürücüsü və avtobusda olan iki sərnişin.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına əsasən, faktla bağlı araşdırma aparılır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, hadisə zamanı xəsarət alan iki qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlara zəruri tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicəyə buraxılıblar.
Şərhlər (0)
Şərh yaz