Lökbatan qəsəbəsində 139 nömrəli tam orta məktəbin yaxınlığında, Nizami küçəsində yollardan biri qazıldıqdan sonra asfalt örtüyü bərpa edilməyib. Bu vəziyyət qəsəbə sakinlərində narazılıq yaradıb.
Vəziyyəti çəkən sakinlərdən biri bildirir ki, ərazidə təmir işləri aparılsa da, yol əvvəlki halına qaytarılmayıb. Onun sözlərinə görə, məktəbin qarşısı da daxil olmaqla ətraf sahə pis vəziyyətdədir və qazıntıdan sonra asfalt niyəsə çəkilməyib.
ADSEA-nın tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məsələ ilə bağlı açıqlama verib. Bildirilib ki, həmin ərazidə su xəttindəki qəza səbəbindən təmir-bərpa işləri görülüb.
Qurumun məlumatına əsasən, işlər tamamlandıqdan sonra qazıntı yeri ilkin qaydada doldurulub və torpağın təbii oturması üçün bir müddət saxlanılıb. Hazırda asfalt örtüyünün bərpası üçün müvafiq quruma müraciət olunub və yaxın günlərdə örtüyün bərpa ediləcəyi bildirilir.
Nizami küçəsində qazılan yol bərpa olunmur
17.07.2026
4